Heydər Əliyevin valideynləri heç ağıllarına da gətirməzdilər ki, o necə uca zirvələr fəth edəcəkdir. Mən onun ömür-gün yoldaşı Zərifə Əliyevanı xatırlamaq istəyirəm. O bütün ömrünü ona, övladlarına, ailəsinə həsr etmişdi. Heydər Əliyev sübut etdi ki, öz xalqını sevən, dəyişə bilən və hər hansı quruluşda, hər hansı cəmiyyətdə dəyişə bilən, öz sosial statusundan asılı olmayaraq bu xalqın naminə yaşayan insanlar var. Bir şeyi yadda saxlamaq lazımdır ki, belə insanlar bütün varlığını xalqa xidmətə həsr edirlər. Heydər Əliyev də məhz belə insandır. Mən onun hamını öz yüksək intellekti ilə necə valeh etməsinə heyranam. Mən burada, hamının yanında bir daha demək istərdim ki, Heydər Əliyevin qarşısında baş əyirəm, ona böyük hörmətim var, onunla görüşmək həmişə mənimçün böyük hadisədir.