Vladimir Suxoy

"Perviy kanal"ın Vaşinqton bürosunun keçmiş rəhbəri

Onun siyasi bacarığı və insanı keyfiyyətləri nəticəsində gənc Azərbaycan dövləti qısa müddət ərzində öz ayaqları üstündə dayanmağı bacardı və 21-ci əsrə uğurla daxil ola bildi. Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev üzərində böyük məsuliyyət götürmüşdü. O, ölkənin qarşısındakı çətin maneələri aradan qaldıraraq Azərbaycanı güclü dövlətə çevirdi.

Ölkəyə növbəti rəhbərliyi dövründə Heydər Əliyev dərin islahatlar həyata keçirərək, ölkəni yenidən yüksəlişə, inkişafa meylləndirdi. Heydər Əliyevin çoxvektorulu siyasəti dövlət strategiyasına çevrildi və ölkəni stabilliyə, çiçəklənməyə doğru apardı. O, Birləşmiş Ştatlar, Avropa İttifaqı ilə konstruktiv münasibətləri, həmçinin, Türkiyə, Rusiya və İranla dostluq əlaqələrini nəzərdə tutan praqmatik və balanslı xarici siyasətlə hakimiyyətə gəldi. Azərbaycanda siyasi sabitliyin əldə olunmasından əlavə, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyi üçün əsaslar yaratdı. O, istehsalın bütün sahələrini bərpa etmək üçün antiböhran proqramı hazırladı, ölkənin maliyyə vəziyyətini yaxşılaşdırdı və xarici investisiyaların cəlb edilməsi üçün ciddi zəmin yaratdı.