Villi Vimmer

Almaniya Bundestaqının keçmiş üzvü

Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşdıq: zənn edirdik ki, O, Azərbaycanda kommunizm qaydalarını bərpa edəcək. Lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. Azərbaycan dövlətinin bu mürəkkəb dövründə ona yalnız belə zəngin təcrübəli və müdrik başçı lazımdır. İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr prezident Heydər Əliyevə mane olmasalar, işləməyə imkan versələr, Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil ola bilər – ölkəniz müharibədən şərəfli sülhə nail olaraq çıxar. Sabitlik, sosial-iqtisadi rifah, beynəlxalq aləmdə hörmət və nüfuzun artması – bunlar Azərbaycan üçün gerçəkliyə çevrilə bilər.