Dost və qardaş Azərbaycanın demokratiya, sülh, birlik və bərabərlik içində inkişafı yalnız siyasi sahədə deyil, həm də iqtisadi baxımdan tərəqqisi türk xalqının ürəkdən gələn arzusudur. Müstəqil və suveren Azərbaycandan umduğumuz bu müvəffəqiyyəti Heydər Əliyevin müdrik rəhbərliyi altında həyata keçirə biləcəyinə əminəm.
Gənc Azərbaycan Respublikası hazırda bütün dünyaya örnək ola biləcək addımlar atır. Demokratik və sivilizasiyalı cəmiyyət quruculuğu yolunda böyük işlər görür. Prezident Heydər Əliyevin bu sahədə gördüyü işləri bütün türk dünyası dəstəkləyir.