Stanislav Çernyavski

Rusiya diplomatı

12 dekabr Azərbaycan xalqı və Heydər Əliyevi tanıyanların hamısı üçün faciə oldu. Heydər Əliyev böyük bir dövlət xadimi və ecazkar insan idi. O, Azərbaycan xalqının həyatını yaşayırdı, həmişə ölkədə baş verənlərdən narahat olurdu. Ömrünü insanların xoşbəxt yaşamasını təmin etməyə həsr etdi. Heydər Əliyev ilk dəfə Rusiyaya dövlət səfərinə gələndə və jurnalistlərlə danışanda xalqdan, vətəndən danışdı, özü haqqında praktik olaraq heç nə demədiyinə heyrətləndim. O dövrdə bir çox liderin xalq haqqında deyil, ilk növbədə öz təcrübələrindən danışması dəbdə idi. Əliyev çox şey etdi. Xalqa ümid verdi və onu həyata keçirdi.

Heydər Əliyev iqtisadi islahatların və iqtisadi quruculuğun aparılması üçün dəqiq bir planlaşdırmanın, aydın strategiyanın tərəfdarı idi. Bunun sayəsində Azərbaycan daim irəliləyirdi: Bu gün “Əsrin müqaviləsi”ni imzalamaq qərarının nəticələrini görürük. Bu müqavilənin bağlanmasından dərhal sonra Azərbaycanın iqtisadi tərəfdaşlarının sayı artdı və enerji sənayesi böyüməyə başladı. Ümumiyyətlə, bu Azərbaycan iqtisadiyyatına ciddi təkan verdi.

Heydər Əliyevin siyasi uğurları arasında demokratik konstitusiya, Azərbaycan xalqının hüquqlarının demokratikləşməsi uğrunda mübarizə də var. Heydər Əliyev konstitusiyanın nəinki yaradılmasına, onun praktik müddəalarının həyata keçirilməsinə nail oldu. Heydər Əliyev sayəsində Azərbaycanda ədalətli, müasir bir seçki sistemi, demokratik, seçki qanunvericiliyinin bütün normalarına cavab verən qanunvericilik yaradıldı. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox şey etdi. Erməni liderləri ilə görüşlərə cəsarətlə getdi, bu məsələnin həllində onlara konkret irəliləyiş təklif etdi. Əlbəttə ki, Heydər Əliyev əfsanəvi bir insandır.