Nikolay Patruşev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri

Cənab Prezident, Sizin bütün həyatınız Vətənə fədakarcasına xidmət nümunəsidir. On səkkiz yaşında ikən Siz dövlətin təhlükəsizliyini təmin etmək kimi çətin zəhmətə qatlaşanların sıralarına daxil olmuş, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yol keçmisiniz. Sizin misilsiz bacarığınız, təşkilatçılıq istedadınız və dövlətçilik təfəkkürünüz ölkə və zaman üçün gərəkli idi. Siz respublikada, Sovet İKP MK-da, Nazirlər Sovetində rəhbər vəzifələrə ucaldınız.

Yüksək mükafatlar – “Sosialist əməyi qəhrəmanı” adları, beş “Lenin” ordeni, “Oktyabr inqilabı”, “Qırmızı ulduz” ordenləri Sizin xidmətlərinizə parlaq sübutdur.

Respublikanın dövlətçiliyinin möhkəmləndirilməsinə, onun sosial-iqtisadi inkişafına, Rusiya Federasiyası ilə əlaqələrin genişlənməsinə verdiyiniz çox böyük şəxsi töhfəniz əvəzsizdir. Beynəlxalq miqyaslı siyasi xadim və dövlət xadimi kimi Sizin nüfuzunuz Azərbaycan Respublikasının dünyada mövqeyinin möhkəmlənməsinə böyük təkan verir.

* * *

Özünün bütün qüvvə və biliyini müstəqil Azərbaycan dövlətinin təşəkkülü işinə həsr etmiş görkəmli dövlət xadimi və siyasi xadim həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlunun dövləti fəaliyyəti dövlət təhlükəsizliyi orqanlarında xidmətlə bağlı olmuşdur. Burada O, Azərbaycan DTK-nın əməliyyat işçisindən rəhbərinədək layiqli bir yol keçmişdir. Heydər Əlirza oğluna xas olan yüksək siyasi və işgüzar keyfiyyətlər, səmimilik və insanlara qarşı həssaslıq ona təkcə Vətənində deyil, çox-çox uzaqlarda da dərin hörmət qazandırmışdır.