Federiko Penya

ABŞ-ın keçmiş energetika naziri

Birgə fəaliyyətimiz zamanı göstərdiyiniz cəsarəti, qorxmazlığı və liderliyinizi biz hamımız yüksək qiymətləndiririk. İcazə verin, Azərbaycanın gələcək inkişafının və çiçəklənməsinin özüldaşı hesab etdiyim bəzi amillər barədə fikirlərimi Sizinlə bölüşüm. Bu amillər, zənnimcə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında sıx əməkdaşlığın inkişaf etməsindən, Sizin yeritdiyiniz siyasətin dəstəklənməsindən, ölkənizdə sabitliyin, sabit hökumətin, sabit iqtisadiyyatın mövcud olmasından və regional əlaqələrin genişləndirilməsindən ibarətdir. Azərbaycanın tərəfdaşı və dostu olan ABŞ-ın Energetika Nazirliyi Sizin siyasətinizin həyata keçirilməsində iştirak etməkdən məmnunluq duyur. Ölkənizdə sabitliyi bərqərar etməklə Siz ABŞ-da dərin hörmət və ehtiram qazanmısınız.

İlkin neftin hasil edilməsinin qeyd olunması çox mühümdür və gələcəyin simvoludur. Bu uğur digər imkanlar üçün qapı olacaqdır. Unutmaq olmaz ki, bu layihə prezident Heydər Əliyevin cəsur liderliyi, beynəlxalq biznes dairələri ilə əməkdaşlığı nəticəsində mümkün olmuşdur.