Mən dövlət vəzifəsində çalışarkən dünyanın bir çox dövlətlərinin liderləri, hökumət rəhbərləri, nümayəndələri ilə çoxsaylı görüşlər keçirmişəm.
Cənab prezident Heydər Əliyev, burada – Sizin qarşınızda etiraf etmək istəyirəm: bu cür çoxsaylı görüşlərin eləsi var ki, insanın yaddaşında birdəfəlik həkk olur, eləsi də var ki, yaddaşda ondan heç bir əsər-əlamət qalmır.
Cənab Prezident, icazə verin, deyim ki, mən Sizinlə keçirdiyim görüşü, söhbətimizi hər zaman xatırlayacağam. Yaxşı yadımdadır ki, Sizinlə keçirdiyim görüş zamanı öz ölkəniz Azərbaycanın və regionunuzun gələcəyi barədə çox ağıllı, realist və eyni zamanda, çox nikbin nöqteyi-nəzərinizi mənim diqqətimə çatdırdınız .
Cənab Prezident, Siz mənə çox lazımlı adamsınız, mən Sizi özümə müəllim hesab edirəm. Siz hər altı aydan bir mənə dərs verirsiniz, mənim bu dərsə indi də ehtiyacım var. Bu, Qafqazda, regionunuzda, bütövlükdə dünyada gedən proseslərə Sizin münasibətlərinizi öyrənməkdən ibarətdir.