Corc Volker Buş

Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti

Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm! Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olub. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynayıb. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırıb və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaradıb.

Bu yaxınlarda Vaşinqtona səfəriniz zamanı Sizinlə görüşdən məmnun qaldım. Bir daha istədim ki, Sizə yazıb bu günədək qlobal terrorizmə qarşı müharibədə göstərdiyiniz dəstəyə görə Amerika xalqı adından şəxsən Sizə və hökumətinizə minnətdarlığımı bildirim. Biz bu günlər bizimlə bir cərgədə dayananları unutmarıq.

Siz bizimlə bir olduğunuzu bəyan etdiniz və sözlərinizi əməllərinizlə təsdiqlədiniz. Sizin liderliyiniz sayəsində Azərbaycan əsgərləri Əfqanıstanda bizim qüvvələrlə çiyin-çiyinə qulluq edirlər. Bizim bu ölkədəki əməliyyatlarımız ölkənizin ərazisi üzərindən uçuşa icazə olmadan baş tuta bilməzdi. Hüquq mühafizə və informasiya mübadiləsi sahəsindəki əməkdaşlığımız terrorçu qruplara qarşı davam edən əməliyyatların uğurla keçməsinə çox yardım etmişdir…

Bizim hər ikimiz bilirik ki, liderlik çətinliklərə qalib gəlməkdən ibarətdir. Fevralın 26-da Vaşinqtondakı görüşümüz zamanı müzakirə etdiyimiz kimi, yeni əsrdə dünya kütləvi qırğın silahları, terrorizmin bəlası, terrorizmi maliyyələşdirən və ya onu dəstəkləyən dövlətlərin doğurduğu təhlükələr ilə üz-üzə dayanıbdır. Heç bir ölkə bu düşmənləri təkbaşına məğlub edə bilməz. Uğur geniş beynəlxalq əməkdaşlıqdan asılıdır.

Bu, mənim qəti inamımdır və bu işə sadiq olaraq qalıram. Sizin bu işə töhfəniz artıq böyük dəyişikliklərə səbəb olmuşdur və olmaqda davam edəcəkdir.

Sizin kimi liderlərlə işləmək şansı əldə etdiyimə görə çox məmnunam.

Siz bizim, Amerikanın yaxın dostusunuz və sizi belə də qəbul edirik.