Boris Voroviç

Ukrayna Milli Müdafiə Akademiyasının keçmiş kafedra rəisi

Heydər Əliyev vəfat etmədi, öz xalqının səadəti və öz müstəqil ölkəsinin tərəqqisi naminə qəhrəmancasına həlak oldu. Şəxsən mən Heydər Əliyevi təkcə görkəmli siyasətçi deyil, həm də böyük hərbi strateq hesab edirəm. Hələ sovet dövründə Bakıda C.Naxçıvanski adına hərbi məktəb açmaq üçün Azərbaycan gənclərini keçmiş SSRİ-nin ən yaxşı hərbi məktəblərinə və akademiyalarına, o cümlədən Ukraynaya təhsil almağa göndərmək üçün çox uzaqgörən siyasətçi olmaq gərək idi. Heydər Əliyev Ermənistan–Azərbaycan münaqişəsində qan tökülməsini dayandırmağa, yüz minlərlə azərbaycanlı gəncin həyatını xilas etməyə müvəffəq oldu. Azərbaycanın güclü, peşəkar Silahlı Qüvvələrinin yaradılmasında tarixi rol, ancaq ona məxsusdur. Mən özüm Azərbaycanın layiqli nümayəndələrinə bizim akademiyada hərb sənətinin sirlərinə yiyələnməkdə kömək etmişəm və bundan qürur hissi duyuram. İndi onların bəziləri Ali Baş Komandan, dərin zəkalı, zəngin təcrübəli və yüksək zabit şərəfli insan olan Heydər Əliyev tərəfindən yaradılan ordunuzun ən yaxşı hissəsini təşkil edirlər.

Heydər Əliyev özünün bütün ömrünü doğma xalqına, ölkəsinə həsr etmiş insan kimi yaşadı və böyük amal naminə qəhrəman kimi həlak oldu.