Prezident Heydər Əliyev Azərbaycan və region üçün çox işlər görmüş, müdrik rəhbərliyi ilə Azərbaycanı dünyanın enerji bazarlarının liderinə çevirmişdir. O, xarici sərmayələri ölkəsinə cəlb etmiş və Azərbaycanı dünyanın ən mühüm ölkələri sırasına çıxarmışdır. Cənab Heydər Əliyevin liderliyi sayəsində bu regionda sabitlik yaranmışdır.
Sizin müdrik siyasətiniz və rəhbərliyiniz altında imzalanmış tarixi müqavilələr keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın siyasi və hüquqi baxımdan ən sabit ölkələrdən biri olduğunu dünyaya nümayiş etdirdi.
Azərbaycanda hüquqi, maliyyə və siyasi sahədə mövcud olan möhkəm sabitlik Sizin öz xalqınıza göstərdiyiniz ən böyük xidmətdir. Bu gün istər neft sahəsində işləyən, istərsə də başqa yönümlü bir çox xarici şirkətlər Azərbaycana sərmayə qoyuluşunu öz ölkələri kimi eyni dərəcədə təhlükəsiz hesab edirlər. Heydər Əliyev bütün xalqını firavan həyata apara bilən cəlbedici iqtisadi şərait yaratmışdır. Məhz buna görə də gələcək nəsillər Heydər Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaqdır.
Neft müqavilələrinin həyata keçirilməsi açıq-aydın sübut edir ki, prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan istər daxili, istərsə də beynəlxalq qanunlara hörmət edən ölkədir. Prezident Heydər Əliyevin çox böyük töhfə verdiyi bu imic xarici sərmayədarların Azərbaycana, onun iqtisadiyyatının bütün sahələrinə marağını artırmışdır. Ona görə də mən deyə bilərəm ki, prezident Heydər Əliyev bizə qardaş ölkə olan müstəqil Azərbaycanın yaradıcısı və atasıdır. Azərbaycan xalqı bununla fəxr edə bilər.
Əsrin əvvəlində türk xalqını siyasi və iqtisadi müstəmləkəçilikdən xilas etmiş Mustafa Kamal Atatürk kimi prezident Heydər Əliyev də Azərbaycan xalqını daha böyük tərəqqiyə və inkişafa aparır. Buna görə də tarix prezident Heydər Əliyevi XXI əsrin əvvəlində güclü və tərəqqi edən Azərbaycanın təməlini qoymuş adam kimi yaddaşında saxlayacaqdır.
Mən Sizinlə hər görüşümdən böyük şərəf duyuram və Sizi milyonlarla insanın müəllimi hesab edirəm.