Antonius U. De Vris

Avropa Komissiyasının Azərbaycan Respublikasındakı keçmiş xüsusi elçisi

Əlbəttə, Heydər Əliyev bütün dünyanın yaddaşında yeni müstəqillik qazanmış Azərbaycan Respublikasının vətəndaş müharibəsindən və parçalanmadan xilas etmiş, neft sektoruna xarici sərmayə qoyuluşu üçün Azərbaycanın qapılarını açmış və beləliklə, öz ölkəsinin davamlı sosial-iqtisadi inkişafı üçün əlverişli şərait yaratmış adam kimi qalacaqdır. Heydər Əliyevin sabit, iqtisadi cəhətdən sağlam, sosial cəhətdən ədalətli və siyasi cəhətdən plüralist cəmiyyət qurmaq siyasətinin davamı onun üçün ən böyük abidədir.