Qarabağ münaqişəsinin həllinin araşdırılmasında Heydər Əliyevin sülh yoluna sədaqəti hər kəsə məlumdur və bilirəm ki, bu müddət ərzində Onun göstərdiyi cəsarəti və müdrikliyi Azərbaycan xalqı çox dəyərləndirir, bunun nəticəsində atəşkəsə nail olunmuşdur və o vaxtdan bəri də Heydər Əliyev sülh prosesini davam etdirmək üçün daim çalışır.
Azərbaycan böyük potensiala malik bir ölkədir və parlaq iqtisadi gələcəyə inamla baxa bilər. Çətin anlarda Heydər Əliyevin rəhbərliyinin belə bir gələcəyə hazırlıq üçün köməyi çox olub və Heydər Əliyev çoxsaylı nailiyyətləri ilə fəxr edə bilər.