Böyük hörmət və pərəstiş etdiyim Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri məni dərindən sarsıtdı. Görkəmli siyasətçi, böyük insan və vətənpərvər, Azərbaycan xalqının layiqli oğlu həyatdan getmişdir. O, hörmətə və pərəstişə layiq uzun ömür yolu keçmiş, özünün xeyirxah əməlləri ilə doğma respublikasının tarixinə çoxlu işıqlı səhifələr yazmışdır. Heydər Əlirza oğlu son günlərinədək Azərbaycanın, öz xalqının taleyinə biganə olmamışdır. Onun nurlu adı, vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır.