Nikolay Beloblotski

Ukraynanın Rusiya Federasiyasındakı keçmiş səfiri

Heydər Əlirza oğlu Əliyev təkcə öz xalqı üçün deyil, onu tanıyanların, onunla işləyənlərin hamısı üçün xüsusi bir insan idi. Xalqı üçün, öz Vətəninin beynəlxalq aləmdə nüfuz və hörmətinin yüksəlməsi üçün gördüyü böyük işlərə görə, nəhayət, Azərbaycanda sabitliyə və əmin-amanlığın bərqərar edilməsinə nail olduğuna görə onun xatirəsi əbədi yaşayacaqdır. Allah-Təalaya dua etmək lazımdır ki, heç kim onun nailiyyətlərini, xeyirxah işlərini pozmaq niyyətinə düşməsin. Bu insanın dünyasını dəyişməsi Ukrayna üçün da çox böyük itkidir, Biz Heydər Əliyevin simasında özümüzə arxa-dayaq görürdük, O, Ukraynanın böyük dostu idi, Azərbaycan– Ukrayna münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüşdür. Onu Ukrayna Prezidenti Leonid Kuçma ilə ən xoş və səmimi dostluq telləri bağlayırdı.

 Mübaliğəsiz demək istərdim ki, keçmiş Sovet İttifaqı məkanında Heydər Əliyev ən görkəmli sima idi, hər siyasətçi kimi, bir insan kimi öz sanbalı ilə həmişə, onilliklər ərzində xüsusi hörmət sahibi olmuşdur. Bu, əsassız deyildi. Hamı onun qeyri-adi iş qabiliyyətinə, məsələləri operativ sürətdə həll etmək, xoş ünsiyyət qurmaq, ən çətin və mürəkkəb işlərdə qarşılıqlı razılığa gəlmək bacarığına heyran idi.

 Ən böyük dost və dahi siyasətçi kimi onun xatirəsi Ukraynada həmişə yaşayacaqdır.