Emil Konstantinesku

Rumıniyanın sabiq Prezidenti

Cənab prezident Heydər Əliyevlə biz dəfələrlə görüşüb söhbət etmişik. Heydər Əliyev kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün böyük əhəmiyyətə malikdir.

Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünya miqyaslı liderlərdən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdir. Onunla mən hələ prezident seçilməzdən əvvəl tanış olmaq istəyirdim. Lakin təəssüf ki, buna müvəffəq olmadım. Bizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük. Əgər bizim müxtəlif dünyalardan olduğumuzu nəzərə alsaq, deməliyəm ki, bu gün mən çox maraqlı təcrübə müşahidə etdim.

Çox böyük həyati və siyasi təcrübəsi olan tanınmış siyasətçini eşitmək bu gün mənim üçün çox vacib idi. Elə bir siyasətçi ki, həm totalitar, həm də demokratiyanın mexanizmini yaxşı anlayır. O bunu sadəcə anlamaqla kifayətlənmir, həm də çətin anlarda qərar qəbul etməyi bacarır. O bu qərarları çıxararaq insanlar üçün sülh, insanların həyatını xilas etmək haqqında düşünür və çətin anlarda böyük dözüm, mətanət göstərərək öz xalqını gələcəyə doğru aparır.

Mərkəzi və Cənubi Avropada liderlərin əksəriyyəti prezident Heydər Əliyevin nail olduğu bu cür nəticələrə nail ola bilməmişdir. Tarix müəyyən nəticələr əldə etməyə müvəffəq olmayan liderləri aradan götürmüşdür.

Prezident Heydər Əliyev ən yüksək vəzifədə rəhbərlik təcrübəsinə malikdir. Bununla yanaşı, o, demokratiyanın, bazar iqtisadiyyatının dəyərlərinə, insan hüquqları ilə bağlı dəyərlərə səmimiyyətlə inanır. Prezident Heydər Əliyevdə olan mühüm ideyalar insanları dəyişdirə bilər və insanlar da birlikdə xalqın taleyini dəyişdirə bilərlər.

Zənnimcə, Heydər Əliyev dünya siyasətində çox mühüm rol oynamışdır və oynayacaqdır. Bu gün mən onun daha bir keyfiyyətini – bir sıra nəsillər üçün nəzərdə tutulmuş mühüm layihələrə qoşulan böyük dövlət xadimi keyfiyyətini kəşf etdim. Mən müəyyən dərəcədə tarixi fürsət olan İpək yolunu nəzərdə tuturam. Ən başlıcası, öz xalqından istifadə etmək deyil, əksinə öz xalqına xidmət etməkdir.

Prezident Heydər Əliyev görkəmli siyasətçidir və qarşılıqlı maraq doğuran məsələləri son illlər ərzində onunla bir neçə dəfə səmimi və konstruktiv şəraitdə müzakirə etmək mənə nəsib olmuşdur.