Rza Vəziri

Azərbaycan–Amerika Ticarət Palatasının həmsədri

Heydər Əliyev qısa bir dövr ərzində Azərbaycanı sürətlə irəli aparmaq istiqamətində siyasət yeridib və bu siyasət uğurla həyata keçirilibdir. Siz həm iqtisadi, həm də siyasi sahədə siyasətinizi həyata keçirərkən çox böyük qətiyyət göstərmisiniz. Siz bu ölkəni asılılıqdan müstəqil dövlətə çevirmisiniz. Siz hesab edirsiniz ki, iqtisadi asılılıq, dövlətin zəifliyi onu həmişə geri çəkir. Məhz buna görə də çox ciddi səylər göstərərək ölkənizdə özəlləşdirmə aparmaqla, azad sahibkarlığı inkişaf etdirməklə iqtisadi dirçəlişə nail olmaq yolu tutmusunuz. Siz Azərbaycanın qarşısında duran şərəfli vəzifələrin həyata keçirilməsi üçün xarici investisiyaların nə qədər əhəmiyyətli olduğunu gözəl dərk edərək xarici şirkətlərin buraya gəlib investisiya qoymasına imkan yaratmısınız. Biz əminik ki, bu asan məsələ olmayıb və həmin missiya hələ başa çatmayıb.

Sizin bu mövqeyiniz onunla nəticələnib ki, Sizə qarşı həm ölkənizdə, həm də qonşularınız tərəfindən hücumlar olubdur. Nə qədər hücumlara məruz qalsanız da, biz Sizi yaxşı tanıyır və bilirik ki, dəyərli məqsədə nail olmaq üçün həmişə risk və ağıl tələb olunduğunu hesab edirsiniz.