Çox mürəkkəb zəmanədə ağlasığmaz çətinlikləri aradan qaldırmağa və öz xalqı üçün çox işlər görməyə müvəffəq olmuş prezident Heydər Əliyevin yolu örnəkdir, ondan nümunə götürülməyə layiqdir. Zəmanəmizin görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra sabitlik bərqərar olmuş, dəfələrlə göstərilən dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alınmış və indi respublika əmin-amanlıq şəraitində yaşayır.