Moskvaya böyük vəzifəyə təyin olunan zaman Heydər Əliyevə çox iş tapşırılmışdı. SSRİ Nazirlər Sovetin sədrinin birinci müavini kimi nəqliyyatı, bura dəmiryolu, avtomobil, hava və dəniz nəqliyyatı daxildir, ümumilikdə sosial sferanı Heydər Əliyevə tapşırmışdılar. SSRİ-nin təhsil, elm, mədəniyyət kimi vacib sahələri də məhz Heydər Əliyevin kurasiyasında idi. Mən Heydər Əliyevin sosial sfera üzrə köməkçisi idim. Ümumilikdə Heydər Əliyev 40-dan çox dövlət müəssisəsinin işini koordinasiya edirdi. Onun digər bir keyfiyyəti isə hər bir işi ətraflı araşdırması idi. Ona bir işlə bağlı ərizə, kağız və ya sənəd gətirmək kifayət deyildi. Hər bir problemlə kökünə qədər maraqlanır, müzakirələr aparır, bütün qərarları dəfələrlə ölçüb-biçib qəbul edirdi. Onun işçilərinə, rəhbərlik etdiyi aparatın əməkdaşlarına da münasibəti gözəl idi. Kremlin dəhlizlərində hakimiyyət nümayəndəsi ilə görüşmək sadə məsələ deyildi. Onun əməkdaşları, ətrafı bunu yüksək qiymətləndirirdi. Heydər Əliyev əsl dövlət adamı idi. O, təkcə bugünki vəziyyətə baxmırdı, gələcəyi fikirləşirdi. Onun uzaqgörən siyasəti nəticəsində həyata keçirilən layihələrdən bugünkü müasir Rusiya dövləti və xalqı hələ də bəhrələnir.