Yuri Lujkov

Moskva şəhərinin keçmiş meri

Cənab Prezident, Sizi uzun illərdən bəri tanıdığıma görə, müdrik və uzaqgörən dövlət xadimi, dünyada və Azərbaycanda layiqli hörmətə və nüfuza malik respublika rəhbəri kimi yüksək keyfiyyətlərinizi bir daha dönə-dönə məmnuniyyətlə qeyd etmək istərdim.

Azərbaycan Respublikası üçün ən çətin bir vaxtda ona başçılıq edərək, son dərəcə qısa müddətdə ölkədə siyasi və iqtisadi vəziyyəti sabitləşdirə, Azərbaycanın və onun əməksevər xalqının gələcək firavanlığının möhkəm bünövrəsini qoya bilmisiniz.

Heydər Əliyev zəkasına, məsələləri işgüzarcasına, təmkinlə həll etmək bacarığına görə seçilən şəxsiyyətdir.

* * *

Biz Azərbaycan Respublikası prezidentinin həm öz ölkəsinin xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq. Heydər Əlirza oğlu görkəmli dövlət xadimi və siyasi xadim olmuşdur. Azərbaycan Respublikasının suveren dövlət kimi təşəkkül tapması həmişə Onun adı ilə bağlı olacaqdır. Heydər Əlirza oğlunun nurlu obrazı qəlbimizdə həmişəlik qalacaqdır.