Xızrı Şıxseyidov

Dağıstan Respublikası Xalq Məclisinin keçmiş sədri

Heydər Əliyevin vəfatı barədə kədərli xəbər bütün dağıstanlıların qəlbini dərindən göynətdi. Görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin banisi, beynəlxalq aləmdə tanınmış lider və siyasətçi Heydər Əliyevin vəfatı təkcə Azərbaycan və Qafqaz üçün deyil, bütün dünya birliyi üçün də əvəzsiz itkidir. Öz həyatı və misilsiz çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın bugünkü və gələcək tərəqqisinə yol açan Heydər Əliyevin nurlu siması və adı qədirbilən nəsillərin xatirəsində həmişəlik qalacaq və tarixdə ən fəxri yeri tutacaqdır. Öz qonşuları azərbaycanlıların bütün dərd-qəmini həmişə ürəkağrısı ilə qarşılayan dağıstanlılar bu ağır itkinin kədərinə şərikdirlər.