Vyaçeslav Trubnikov

Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş birinci müavini

Heydər Əliyev, antiterror koalisiyasının mübarizəsinə töhfənizə görə Sizə bütün Rusiya adından böyük təşəkkürümü bildirirəm. Bu, olduqca böyük cəsarət tələb edirdi və Sizin şəxsi, fərdi töhfənizi Rusiyada çox yüksək qiymətləndiririk. Bu çox böyük işdir və bir çox mürəkkəb problemlərin nizama salınması üçün gördüyünüz işlərə görə mən Sizin qarşınızda bir daha baş əyirəm.

* * *

Sovet epoxasının və müstəqil Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadiminin, ölkənin danılmaz və olduqca nüfuzlu liderinin – bütün Azərbaycan xalqının mənafelərini uca tutaraq, ölkəyə otuz ildən artıq bir dövrdə inamla rəhbərlik etmiş liderin vəfatı ilə əlaqədar dərin hüzn keçirirəm.

Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan–Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.