Heydər Əliyev sovet rəhbər şəxslərinin çoxuna qismət olan tale yaşayıb. Lakin onlardan fərqli olaraq Heydər Əliyev ən yüksək pilləyə bir dəfə yox, iki dəfə qalxdı. Əvvəlcə bolşeviklər dövründə doğma respublikaya rəhbərlik edib, sonra 1993-cü ilədək kənara çəkilib və yenə də zirvəyə çıxıb. Mənim üçün bu məqam onun taleyinin məxsusi cəhətidir. Heydər Əliyev qeyri-mümkünü bacarıb, öz ölkəsinin, öz xalqının taleyinə iki dəfə sirayət edib və bununla da yüksəlib.