Vladimir Ruşaylo

Rusiya Federasiyası keçmiş daxili işlər naziri

Heydər Əliyevin Qafqazda sabitliyə nail olmaq məqsədlərinə yönəldilmiş səylərini qiymətləndiririk. Bu Rusiyada Sizə dərin ehtiram qazandırmışdır. Moskvada yaxşı xatırlayırlar ki, Siz Sovet İttifaqında yüksək dövlət vəzifələrində olarkən, o vaxtkı vahid dövlətimizin təhlükəsizliyinin möhkəmlənməsi üçün olduqca çox işlər görmüsünüz.

Heydər Əlirza oğlu Əliyevin bütün həyat yolu Vətənə və xalqa fədakarcasına xidmətə həsr edilmişdir. Onun dövlət müdrikliyi və uzaqgörənliyi Qafqazda sülh yaratmağa və bu bərəkətli torpaqlara müharibənin bir daha gəlməyəcəyinə inanmağa imkan verdi.

* * *

O, Azərbaycan xalqının böyük oğlu və görkəmli Prezident kimi qəlbimizdə həmişəlik qalacaqdır. Respublikada sabitlik və müstəqil Azərbaycanın tərəqqiyə doğru yolunun başlanması məhz onun adı ilə bağlıdır. Bu itki bütün Müstəqil Dövlətlər Birliyi üçün, keçmiş ümumi vətənimizdə – Sovet İttifaqında doğulub, boya-başa çatmış insanlar üçün də itkidir. Sovet İttifaqının rəhbərlərindən biri kimi, O, burada məskunlaşmış xalqların həyatının yaxşılaşması üçün çox qüvvə sərf etmişdir.