Vilyam Riçardson

ABŞ diplomatı

Heydər Əliyev ABŞ-ın böyük dostu və islahatçıdır, ölkəsinin böyük gələcəyi var və biz Azərbaycan ilə əlaqə yaratmaq istəyirik.

Mən və Vaşinqtondakı digər rəhbərlərimiz Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafını təmin etmək sahəsində gördüyü tədbirləri və göstərdiyi xidmətləri görmüşük, bunu yüksək qiymətləndiririk. Heydər Əliyev Azərbaycanın gələcəyini təmin etmək, Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsi üçün böyük addımlar atıb və biz bu layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olaraq qalmaqda davam edirik.