Heydər Əliyevin Moskva Universitetinə vətəndaş məsuliyyəti ilə göstərdiyi dəstəklə bağlı az məlum olan bir hadisəni xatırlamaq istərdim. İttifaqın rəhbərlərindən biri, Siyasi Büronun üzvü olan Heydər Əliyev Moskva Universitetinə də kuratorluq edirdi. O zaman onun dəstəyi olmasaydı, yəqin ki, universitet bu gün gördüyünüz kimi olmazdı. Elmimiz, təhsilimiz də çətin ki, belə yaxşı səviyyəyə qalxardı. Hələ bu bir yana. O, Azərbaycan alimlərinin bu universitetdə təhsil almalarına imkan yaratdı. Heydər Əliyevin odövrkü fəaliyyəti xalqlarımızın mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Sizin bütün parlaq və səmərəli həyatınız və dövlət fəaliyyətiniz ölkəmizin tarixi ilə qırılmaz surətdə bağlıdır. Siz SSRİ-nin rəhbərlərindən biri olarkən-1982-1987-ci illərdə Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən ölkəmizdə elmin və təhsilin inkişafı üçün çox böyük işlər görmüsünüz. Siz Nazirlər Sovetinin xüsusi məsələlər üzrə bürosuna başçılıq edərkən Moskva Universitetinə dəfələrlə kömək göstərmisiniz.