Viktor Nemuşkov

Keçmiş SSRİ DTK-nın 9-cu idarəsinin əməkdaşı

Onunla işlədiyimiz illər ərzində o, şəxsən bizə çox şey öyrətdi – işi necə təşkil etməyi, insanlara nəzarət etməyi və idarə etməyi biz onu nümunə götürərək öyrəndik. Mən artıq rəhbər vəzifədə çalışarkən həm daxildə, həm də xaricdə ölkə rəhbərlərinin təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər təşkil etdim. Heydər Əliyev məsuliyyətli və nizam-intizamlı, çox ciddi insan idi, o, həmişə bütün işlərə elə həssaslıqla yanaşırdı ki, indi belə bir insanı təsəvvür etmək çox çətindir.

O, hər şeylə maraqlanırdı. Bu maraq əsassız deyildi, qarşısında duran vəzifəni həll etmək və düzgün qərar qəbul etmək məqsədi ilə idi. İnfarkt keçirdikdən sonrakı sağalma dövründə o vəzifələrini- səhiyyə ilə bağlı sənəd hazırlamalı olduğunu bir an belə unutmurdu. Heydər Əliyevin xəstəxanada olduğu dövr ərzində Siyasi Büroda baxılması üçün bir sənəd hazırlanıb Mərkəzi Komitəyə təqdim edildi. Mən o vaxt onun yanında şəxsi mühafizə şöbəsinin rəis müavini idim.