Bu böyük və təkrarolunmaz insanla şəxsən tanış idim. Heydər Əliyevin xatirəsini anmağa və bu acı, ağır itki ilə əlaqədar bütün Azərbaycan xalqına, onun doğmalarına və yaxınlarına başsağlığı verməyə gəlməyə bilməzdim. Mən, Heydər Əliyevi, həqiqətən, çox yaxşı tanıyırdım və onun vəfatı mənim üçün də yaxın və doğma adamın itkisidir. O, böyük dövlət xadimi və öz xalqının, sözün əsl mənasında, şanlı oğlu idi ona görə də biz Azərbaycan xalqı ilə birgə kədərlənirik.
Ölkəmizin inkişafına, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə böyük töhfə vermiş istedadlı siyasətçi, böyük dövlət xadimi, gözəl insan Heydər Əliyevin nurlu xatirəsi Rusiya xalqının qəlbində yaşayacaqdır.