Heydər Əliyevlə ilk görüşümü çox yaxşı xatırlayıram. Heydər Əliyevin başçılığı ilə SSRİ Aviasiya Kodeksi layihəsinin müzakirə edilməsi məqsədilə toplanmış iclasa dəvət olunmuşdum. Heydər Əliyev iclasa çox mükəmməl hazırlanmışdı. Mən həmin iclasda Heydər Əliyevin elm adamlarının rəyinə necə hörmətlə yanaşdığını, həmsöhbətini necə səbrlə dinlədiyini, ən çətin problemləri belə ən optimal yollarla həll etməyə çalışdığını müşahidə etdim.
Heydər Əliyev dünya ictimai birliyi ilə, xüsusilə Rusiya və MDB ölkələri ilə, münasibətlərin qaydaya qoyulması məqsədilə çox çalışmışdır. Azərbaycan Ali Sovetinin Sədri seçiləndən cəmi üç ay sonra Heydər Əliyev MDB-ə üzv olmaq barədə qərar imzalamış və Moskvada keçirilən MDB dövlət başçılarının sammitində iştirak etmişdir.