Stenli Eskudero

ABŞ-ın Azərbaycan Respublikasındakı keçmiş səfiri

Biz prezident Heydər Əliyevə minnətdarlığımızı bildiririk ki, Azərbaycanın siyasətini qərbə doğru yönəldibdir. Heydər Əliyevə minnətdarlığımızı bildiririk ki, Bakı–Tbilisi–Ceyhan boru xəttinə özünün dəyişməz dəstəyini ifadə edir. Eyni zamanda minnətdarlığımızı bildiririk ki, Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları NATO-nun Kosovodakı planlarında yaxından iştirak edəcəklər.

Azərbaycan, həqiqətən, dünya səviyyəsində öz layiqli yerini tutmaqdadır və bu rolunu davam etdirir. Azərbaycanın bu rolu ifa etməsində ən böyük işi prezident Heydər Əliyev görür.

Mən bütün cəhətləri ilə fərqlənən, Qafqazın bu vaxta qədər ən böyük liderlərindən biri olan bir şəxslə işlədiyimdən çox böyük məmnunluq duyuram. Mən uzun bir siyasi karyerası olan, öz ölkəsini, dövlətini, həqiqətən, quran prezident Heydər Əliyevdən çox şey öyrənmişəm. O öz ölkəsinin inkişafı və tərəqqisi üçün möhkəm əsas yaradaraq son illər iqtisadi və siyasi islahatlar yolunda, həqiqətən, ciddi şəkildə irəliləyir.

Mən Heydər Əliyevi özümə dost sayıram. Ona pərəstiş edirəm. O, dahi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan üçün böyük işlər görüb və ölkəsinin tarixində əbədi olaraq qalacaq. Əgər Heydər Əliyev də məni özünə dost sayırsa, bunu özümə böyük şərəf hesab edirəm.