Spenser Abraham

ABŞ-ın keçmiş energetika naziri

Prezident Heydər Əliyev neft və qaz ixracı dəhlizinə verdiyi dəstəkdən heç bir zaman geri çəkilməmişdir. Boru kəmərlərinin reallığa çevrilməsində onun göstərdiyi uzaqgörənlik və qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir.

Sentyabrın 18-də Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması Azərbaycan xalqı üçün, bütün region üçün inkişafa doğru güclü bir amildir. Bu, həmçinin Amerika Birləşmiş Statları hökumətinin Azərbaycan hökuməti ilə ardıcıl əməkdaşlığının müsbət nəticələrini nümayiş etdirir. Həmin layihənin müvəffəqiyyətlə həyata keçirilməsi eyni zamanda lider kimi Heydər Əliyevin uzaqgörənliyini və bir çox çətin hallarda göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir.