Adını uşaqlıq illərindən bildiyin insan haqqında keçmiş zamanda danışmaq çətindir və ürək ağrıdır. Ömrünün uzun illərini ümumi Vətənimizə xidmət etmiş Sovet İttifaqının görkəmli dövlət xadimi Azərbaycana çətin vaxtlarda başçılıq etmişdir. Bəzi siyasətçilərə ağıl-zəka ilə, digərlərinə qəlbən səs verirlər. Azərbaycan xalqı Heydər Əlirza oğlunu həm ağıl-zəka ilə, həm də qəlbən seçmişdi. Öz Vətəninə hədsiz sadiq olan Heydər Əlirza oğlu özünü tamamilə və bütünlüklə Azərbaycana həsr etmiş və Azərbaycanın ulduzunun dünya səmasında parlaması üçün hər şeyi etmişdir. Şübhə yoxdur ki, onun başladığı və nəzərdə tutduğu bütün işlər həyata keçəcəkdir. Heydər Əlirza oğlu siyasi konyunkturanı bir kənara ataraq, Azərbaycan–Rusiya münasibətlərini uzunmüddətli strateji təməl üzərində qurmuş, xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.