Heydər Əliyev bizim yaddaşımızda Azərbaycan xalqının ləyaqətli, bütün həyatını ölkəsinin inkişafına və çiçəklənməsinə həsr etmiş oğlu kimi qalacaqdır. Son on ildə Azərbaycandakı demokratik dəyişikliklər məhz onun adı ilə bağlıdır və O, haqlı olaraq müasir Azərbaycanın memarı hesab edilir. Heydər Əliyev öz ölkəsinin hüdudlarından kənarda, beynəlxalq aləmdə də böyük nüfuz və hörmət sahibi olan parlaq siyasətçi kimi tanınmışdır. Biz Bolqarıstan xalqının böyük dostunun həyatdan getməsinə səmimi qəlbdən kədərlənirik.