Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyük ürəkli insan olub. Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olanda, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyəndə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik edib. Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.