Ruslan Auşev

İnquşetiya Respublikasının sabiq Prezidenti

Heydər Əliyev sübut etdi ki, siyasət əxlaqlı və alicənab adamların işidir. Buna görə də Azərbaycan yeni əsrə bu siyasətlə daxil olur və bu siyasətin gələcəyi var.

Rusiya, Azərbaycan Respublikası və digər MDB dövlətlərinin çoxmillətli xalqlarının dostluğu uzun illərdən bəri Sizin adınızla qırılmaz surətdə bağlıdır. Müasir Azərbaycanın uğurları və nailiyyətləri də Sizin adınızla bağlıdır.

Sizin çoxsəpkili fəaliyyətiniz əsl vətənpərvərliyin, öz vətəninə məhəbbətin, öz xalqına fədakarcasına xidmətin təzahürünə parlaq nümunədir.

Azərbaycan xalqının rəhbəri olaraq Sizin mərdliyinizə, müdrikliyinizə və istedadınıza heyranam. Məhz bu keyfiyyətlər Sizə yüksək nüfuz qazanmağa və bütün dünyada tanınmağa imkan vermişdir.

Sizin şəxsi təvazökarlığınız və insanlığınız Sizə Azərbaycan xalqının və planetimizdə milyonlarla adamın çox böyük hörmət və məhəbbətini qazandırmışdır.