Hamımız yaxşı bilirik ki, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş və bu vəzifəyə keçən il yenidən seçilmiş Heydər Əliyevin çox gərgin region olan Mərkəzi Asiya regionunda sülh və sabitliyin bərqərar olmasında xidmətləri əvəzsizdir. Onu da bilməliyik ki, Prezident Əliyevin ABŞ-a indiki səfəri zamanı Amerika şirkətləri ilə üç yeni müqavilənin imzalanması nəzərdə tutulur. Xəzərin zəngin enerji ehtiyatlarından istifadə üçün 40 milyard dollardan çox sərmayə qoyulmasını nəzərdə tutan müqavilələr imzalanıbdır. Onu da gözəl bilirik ki, zəngin neft ehtiyatları olmasının və onlardan istifadənin ölkə üçün müəyyən mənfi nəticələrini də gözəl dərk edən prezident Heydər Əliyev Azərbaycanda iqtisadiyyatın digər sahələrinin və infrastrukturun inkişafı üçün də əlavə tədbirlərin görülməsi və bu işlərə sərmayələrin cəlb edilməsi ilə məşğuldur.