Mənim üçün böyük şərəfdir ki, Xəzər regionunun böyük lideri prezident Heydər Əliyevlə birlikdəyəm. Heydər Əliyev Xəzər regionu üçün təlatümlü dövrlərdə qəti qərarlar qəbul edibdir. Beləliklə, Azərbaycan ABŞ-ın geniş səpkili maraqlarına cavab verən bir ölkədir.
Prezident Heydər Əliyev dövlət xadimi bacarığı ilə müxtəlif boru kəmərlərinin reallaşmasını həyata keçirmişdir. Şərq–Qərb dəhlizinin yaranmasında əldə etdiyimiz tərəqqidə bizə yardımçı olmuşdur. Prezident Heydər Əliyevin, mən deyərdim ki, sərt mövqeyi, Azərbaycan xalqı olmadan nə Bakı–Novorossiysk, nə də Bakı–Supsa kəmərləri mümkün olmazdı. Bakı–Tbilisi–Ceyhan kəməri ilə bağlı işimizdə prezident Heydər Əliyevin rolu əsas olmuşdur.