Heydər Əliyev görkəmli, müdrik dövlət xadimidir, Heydər Əliyev ilə görüşmək mənim üçün böyük şərəf və baş ucalığıdır. Bütün ərəb dünyasında da görkəmli, müdrik dövlət xadimi kimi məşhur olan prezident Heydər Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətlər Livanda rəğbətlə qarşılanır. Məhz prezident Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın dünya birliyində layiqli yer tutması, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlədilməsinə dair bir çox şirkətlərlə imzalanmış müqavilələr Azərbaycanın suverenliyinin əbədi olmasına və bu bölgədə həmin dövlətlərin iqtisadi maraqlarının həyata keçirilməsinə çox böyük təminat verir. Heydər Əliyevin şöhrətli şəxsiyyəti barədə məlumatlar təkcə Livanda deyil, bütün ərəb dünyasında geniş yayılmışdır.
Ölkənizin taleyüklü məsələlərinin həlli yolunda apardığınız müdrik siyasətə görə Sizə dərin hörmət və ehtiramımı bildirirəm.