Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir. Türkiyə–Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
* * *
Vəfatı hamımızı sarsıtmış möhtərəm Heydər Əliyev regionun inkişafı üçün çox böyük səy göstərdi. Bu dahi şəxsiyyət Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi üçün çox çalışırdı. Biz də çalışmalıyıq ki, bu layihələr mütləq reallığa çevrilsin. Türkiyə–Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur ki, bunu heç bir qüvvə sarsıda bilməz. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev hörmətli Heydər Əliyevin yolu ilə gedərək, münasibətlərimizin inkişafına yeni töhfələr verəcəkdir.
Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və çiçəklənməsi naminə göstərdiyi fədakar xidməti ilə türk dünyası, eləcə də bütün dünya və region tarixində ləyaqətli yer tutur.