Qulamrza Səbri Təbrizi

Böyük Britaniyanın Edinburq Universitetinin keçmiş professoruyazıçı-alim

Heydər Əliyev bütün varlığı ilə xalqa bağlı adamdır. Hər bir xalqın tərəqqisi üçün ilkin şərt müstəqillikdir. Şükür ki, bu gün Azərbaycan müstəqildir və millətimizin inkişafı üçün şərait yaranmışdır. Doğrudur, müstəqilliyin ilk illərində ölkədə qarışıqlıq hökm sürürdü, sabitlik yox idi, cürbəcür qanunsuz silahlı dəstələr meydan sulayırdı.

 Xoşbəxtlikdən, Heydər Əliyev hakimiyyətə qayıtdı. Mən xalqın nicatını onda görürəm. Heydər Əliyev böyük məktəbdir. Belə şəxsiyyətlər tarixdə nadir hallarda yetişir. Bunu Heydər Əliyevə xüsusi rəğbətim olduğuna görə demirəm. O, hakimiyyətə gələndən bəri hərcmərcliyin yerini sabitlik tutubdur. İnsanlar əmin-arxayın yaşayırlar. Halbuki bir neçə il bundan əvvəl nəinki gecə vaxı, elə gündüz də küçəyə xoflana-xoflana çıxırdıq. İnandırıram ki, heç Londonda da belə sabitlik yoxdur.

 Vaxtilə heç kimin tanımadığı Azərbaycan bu gün Heydər Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutur. Belə bir ardıcıl siyasət nəticəsində bədxahların bizim əleyhimizə apardıqları məkrli təbliğat puça çıxır.