Qreq Laflin

Keçmiş ABŞ konqresmeni

Cənab Prezident, mən Nyu-Yorkda Sizi Mərkəzi Asiyanın Corc Vaşinqtonu kimi təqdim etdim. Mən bunu ona göra bəyan etdim ki, Amerika Birləşmiş Ştatlarının yarandığı ilk illərdə Corc Vaşinqtonun göstərdiyi cəsarət, səylər kimi, Siz də Azərbaycanın müstəqilliyinin ilk illərinda cəsarət, qətiyyət, mərdlik göstərmisiniz. İki boru kəmərinin çəkilməsi barədə qərarın məhz Sizin şəxsi qətiyyətinizin nəticəsi olduğunu bütün amerikalılar yaxşı bilirlər. Lakin çox az amerikalı bilir ki, Siz Ermənistana, Gürcüstana və digər keçmiş sovet respublikalarına qayıdan rus əsgərinin Azərbaycanda da yerləşdirilməsi iddialarına qarşı çıxdınız və öz qətiyyətinizlə bundan imtina etdiniz.

 Biz belə qərara gəlmişik ki, vətənə qayıdandan sonra həmkarlarımızı ətraflı məlumatlandıraq ki, Siz regionda sülhün və sabitliyin bərqərar olması üçün böyük işlər görürsünüz.

 Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin, zəngin təbii sərvətlərinin sahibi olmaq, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir.