Bizim üçün Heydər Əliyev XX–XXI əsrlərin qovuşduğu dövrün ən böyük siyasi xadimlərindən biridir. SSRİ dövründə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri, sonra isə respublikanın birinci katibi vəzifələrində işləmiş Heydər Əliyev Moskvada da böyük nüfuz sahibi olub, daha sonra SSRİ Nazirlər Şurası sədrinin birinci müavini təyin olunub. Bunu çox yaxşı xatırlayıram, çünki o vaxt tələbə idim, hamımız üçün gözlənilməz hadisə oldu, amma sonra bölgədən o səviyyəli rəhbərin mərkəzi hökumətə cəlb olunmasının nə qədər məntiqli addım olduğunu başa düşdük. Sonradan SSRİ süqut edəndə Azərbaycan Respublikasına rəhbər olan Heydər Əliyev bir növ sabitlik amilinə çevrildi. Nəhəng təcrübəsi, geniş dünyagörüşü, əhatəli düşüncə tərzi olan bu insan respublikaya, həqiqətən də, mükəmməl rəhbərlik edirdi. Bu gün gördüklərimizin hamısının əsası məhz onun siyasi rəhbərliyi dövründə qoyulub.