Sizin fəaliyyətinizi diqqətlə izləyirik. Əvvəlki illərdə Azərbaycanda qeyri-sabitlik var idi. Lakin Siz hakimiyyətə gələndən sonra ölkənizdə vəziyyət əsaslı şəkildə sabitləşmiş və normal hala düşmüşdür.
Biz bilirik ki, demokratiyaya doğru gedən yol çətindir. Planlı inzibati-amirlik iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına keçid uzun sürən, mürəkkəb prosesdir. Ancaq biz inanırıq ki, Heydər Əliyevin müstəqillik əzmi, demokratik əzmi, demokratik mövqe tutması bütün dünya ilə əlaqələr yaratması üçün layiqli körpü rolunu oynayacaqdır.