Nüsrət Aras

Ankara Universitetinin keçmiş rektoru

Prezident Heydər Əliyevin beynəlxalq sülh uğrunda və bölgəmizdə əmin-amanlığın, sabitliyin yaradılması istiqamətində göstərdiyi səylər çox böyük əhəmiyyətə malikdir. Biz əminik ki, beynəlxalq münasibətlərə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyevin nüfuzu və səyləri sayəsində Cənubi Qafqazda tezliklə sülh bərqərar olacaq. Cənab Heydər Əliyev apardığı uğurlu, uzaqgörən siyasətlə həm Türkiyənin mövqeyini daim dəstəkləmiş, həm də istər Azərbaycanın, istərsə də Türkiyənin beynəlxalq aləmdə rolunun artmasına nail olmuşdur.