Nikolay Trifonov

MDB Qiymətləndiricilər Birlikləri şurasının keçmiş sədri

Heydər Əliyevin dövlətçilik zəkası, tarixin ən mürəkkəb eniş-yoxuşlarında dövləti idarə etmək məharəti, cəmiyyəti sıx birləşdirmək qabiliyyəti, ən çətin şəraitdə və vəziyyətdə öz xalqının mənafelərini müdafiə etmək bacarığı təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox-çox uzaqlarda Heydər Əliyevə milyonlarla insanın dərin ehtiramını qazandırmışdır. Son 30 ildən artıq müddət ərzində Azərbaycan xalqının bütün mühüm nailiyyətləri Onun adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Yaşlı nəsil 1970-80-ci illərin dillər əzbəri olmuş bir kəlamı-“Azərbaycan iri addımlarla irəliləyir” ifadəsini yaxşı xatırlayır. Doğrudan da, o dövrdə Azərbaycan Respublikası öz qətiyyətli lideri Heydər Əliyevin rəhbərliyi ilə irəliyə mətin addımlarla gedirdi.

Heydər Əliyevin müdrik rəhbərliyi ilə gənc, suveren Azərbaycan Respublikasının iqtisadiyyatda, mədəniyyətdə, dövlət quruculuğunda, xarici siyasətdə yeni-yeni uğurlar qazanaraq bu gün də əzmlə irəliləməsini müşahidə etmək bizə məmnunluq və fərəh duyğuları bəxş edir. Sizin səmərəli siyasi və dövlətçilik fəaliyyətiniz xalqına sədaqətlə xidmət nümunəsi olmaqla yanaşı, həmçinin başqa xalqlara da fayda gətirə biləcək çox dəyərli bir təcrübə mənbəyidir.