Hörmətli Heydər Əliyev, biz görürük ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası necə dinamik inkişaf edir, iqtisadi sağlamlaşdırma yolu ilə, cəmiyyətin demokratik təsisatlarının möhkəmlənməsi, vətəndaş hüquqlarının və azadlıqlarının bərqərar olması yolu ilə necə ardıcıl və dəqiq sürətdə irəliləyir. Həyatın burada – Bakıda xüsusilə aşkar duyulan dinamikası göstərir ki, Azərbaycan tərəqqi, demokratiya yolunu qətiyyətlə tutmuşdur.
Rusiya Azərbaycan xalqının lideri kimi, Azərbaycan Respublikasının müdrik və uzaqgörən rəhbəri kimi Heydər Əliyevi yüksək qiymətləndirir. Rusiya–Azərbaycan münasibətlərinin ümumi potensialına misilsiz töhfə verdiyinə görə, ikitərəfli əməkdaşlığın bütün cəhətlərinə şəxsən diqqət yetirdiyinə görə, məsələlərin dərindən araşdırılmasına və vaxtında həll edilməsinə görə Heydər Əliyevə böyük ehtiramımızı bildiririk.