Mən Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram. Heydər Əliyev bir çox çətin məsələləri həll etməyə və qarşıya qoyulan məqsədlərə nail olmağa qadir insan idi. Bu insanın xalqlarımız üçün nə qədər yaxşı işlər gördüyünü sadalamaq və qiymətləndirmək çətindir. O, sıravi vətəndaşların istənilən xahişlərinə həmişə diqqətlə yanaşardı. Onun haqqında kitablar yazmaq lazımdır, çünki Heydər Əliyevin gördüyü işlərin vüsətini təkcə çıxışlarda açıqlamaq mümkün deyildir. Bizim belə insanlara ehtiyacımız var. Onun aramızda olmamağı çox ağır dərddir.