Namiq Kamal Zeybək

Türkiyə Respublikasının keçmiş mədəniyyət naziri

Hörmətli Heydər Əliyevi biz gəncliyimizdən indiyədək əfsanəvi bir şəxsiyyət, lider kimi tanıyırıq və təbliğ edirik. Bir türkün böyük bir dövlətlər birliyinin ən yüksək vəzifəsində çalışmasından vaxtilə biz həmişə böyük iftixar hissi keçirmişik. Biz Heydər Əliyevin timsalında Azərbaycanın xilaskarını görürük. Heydər Əliyev bütün türk dünyasının lideridir. Mən onun zəkası, ağlı, düşüncəsi, cəsarəti qarşısında baş əyirəm.