Biz Heydər Əliyevin ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına töhfəsini, onun Azərbaycan Respublikasında sabitliyin möhkəmlənməsi və xalqın rifah halının yüksəldilməsi sahəsində fəaliyyətini yüksək qiymətləndiririk. Heydər Əliyev Sovet İttifaqı hökumətində mədəniyyət və incəsənətin inkişafı məsələləri ilə məşğul olarkən onun göstərdiyi qayğını və diqqəti yaxşı xatırlayırıq.