Mixail Saakaşvili

Gürcüstanın sabiq Prezidenti

Heydər Əliyev nəinki Azərbaycanda, bütün Qafqaz regionunda və MDB məkanında böyük nüfuza malik bir şəxsiyyət idi. Qafqaz respublikaları arasında, xüsusən Gürcüstanla Azərbaycan arasında əlaqələrin inkişaf etməsində Heydər Əliyevin müstəsna rolu olmuşdur. İndiki və gələcək nəsillər Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq, onun yaratdıqlarından bəhrələnəcəklər. Bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələri inkişaf edəcək, hər iki xalqın indiki və gələcək nəsilləri təməli qüdrətli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmlədəcəklər. Allah Heydər Əliyevə rəhmət eləsin.